Kibertəhlükəsizlik məsələsi Elm və Təhsil Nazirliyinin daim nəzarətindir – Səbuhi Rzayev

Baş səhifə

Bakı.Trend:

Bir çox ölkələrdə azyaşlıların sosial mediadan istifadəsinə
qarşı məhdudiyyətlərə dair işlərə başlanılıb. Bizim ölkədə də
bununla bağlı müəyyən addımların atılacağın düşünürəm.

Trend xəbər
verir ki, bunu bu gün Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev
“Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” Konfransında
çıxışı zamanı deyib.




O, kibertəhlükəsizlik mövzusuna da toxunub:

“Elm və Təhsil Nazirliyi Kibertəhlükəsizlik Assosiasiyası ilə 3
ildir birgə layihə həyata keçirir. Bu istiqamətdə təlimlər
keçirilir və təlimat hazırlanıb. Davamlı fəaliyyət kimi bu bizim
daim nəzarətimizdədir”, – deyə o əlavə edib.