
Prezidentlərimiz tərəfindən 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib.
APA-nın xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
“Əməkdaşlığımızın bu səviyyəyə yüksəlməsi prezidentlərimizin qətiyyəti və ortaq vizionları sayəsində mümkün olub”, – Cevdet Yılmaz vurğulayıb.


