Azərbaycan İraqdan 163 min dollarlıq xam neft alıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin iyun ayından başlayaraq oktyabr ayınadək Azərbaycan
İraqdan 163 min ABŞ dolları dəyərində 439,7 ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları idxal edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, Azərbaycan İraqdan idxal edilən neftin bir tonu üçün
370 dollar ödəyib.




Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 3
ölkədən – Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları
dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və
xam neft məhsulları idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%,
həcm baxımından 219 min ton və yaxud 13,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7
milyon ton xam neft və neft məhsulları ixrac edilib.