QAİ sədri: Qərbi Azərbaycan İcması bu il beynəlxalq təşkilatlara 119 məktub göndərib

Baş səhifə
QAİ sədri: Qərbi Azərbaycan İcması bu il beynəlxalq təşkilatlara 119 məktub göndərib

Qərbi Azərbaycan İcması bu il ərzində beynəlxalq təşkilat və rəhbərlərinə 119 məktubla müraciət edib

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Bakı Dövlət Universitetində (BDU) baş tutan “Böyük yolun davamı” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu məktublar cavabsız qalmayıb:

“Bu il ərzində bizim 11 sənədimiz BMT-nin Təhlüksizlik Şurasının Baş Assambleyasının və İqtisadi və Sosial Hüquqlar komitəsinin rəsmi sənədi kimi BMT-nin rəsmi üzvü olan bütün dövlət arasında müxtəlif dillərdə yayılıb. İcma cari ildə 35 bəyanatla çıxış edib. Bu bəyanatlar Ermənistanın və beunəlxalq təşkilatların Azərbaycanın maraqlarına zidd olaraq atdıqları addımlarla bağlı olub. Müxtəlif xarici nümayəndələrlə isə 78 görüş keçirilib”.