
ABŞ Prezidenti Donald Trampın administrasiyası, Ermənistandakı səfir Kristina Kvin də daxil olmaqla, dünyanın təxminən 30 ölkəsindən səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarına gəlib.
“Report”un “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ötən həftə 29 ölkənin diplomatına səlahiyyət müddətlərinin 2026-cı ilin yanvarında başa çatacağı barədə xəbərdarlıq edilib.
Həmin diplomatların hamısı Co Baydenin prezidentliyi dövründə təyin ediliblər. Agentliyin mənbəsi bildirib ki, Trampın bu addımı diplomatik korpusda onun “Öncə Amerika” şüarı ilə tanınan siyasi prioritetlərini tam dəstəkləyən şəxslərin yer almasına yönəlib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


