ABŞ-ın Venesuelaya qarşı dəniz blokadası şəraitində neft bahalaşır

Baş səhifə

Bakı. Trend:

Karib regionunda gərginliyin yüksəlməsi fonunda dünya neft
qiymətləri bazar ertəsi, dekabrın 22-də keçirilən səhər ticarətində
artım göstərib.

Trend xəbər verir ki, bu
barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, bazar iştirakçıları Venesuela neftinin
tədarükünün məhdudlaşdırılması ehtimalı səbəbindən xammal
təklifinin azalacağından narahatdırlar. Bu amil etalon neft
növlərinin qiymətlərinin yüksəlməsinə səbəb olub.




İnvestorlar logistika zəncirində yarana biləcək fasilələri və
Venesueladan ixracın məcburi dayandırılması fonunda dünya bazarında
ağır neft növlərinin qıtlaşması riskini qiymətlərə daxil
edirlər.

Nəticədə Brent markalı neftin fyuçersləri 62,48 dollaradək
yüksəlib, ABŞ-ın WTI markalı yüngül nefti isə 58,79 dollar
səviyyəsinə çatıb.