ABŞ-ın Venesuelaya qarşı dəniz blokadası fonunda neftin qiyməti artır

Baş səhifə

Karib hövzəsində gərginliyin artması fonunda dünya neft qiymətləri bazar ertəsi, dekabrın 22-də səhər ticarət sessiyasında artım nümayiş etdirib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bazar iştirakçıları Venesuela neftinin tədarükünün bloklanması səbəbindən xammal təklifinin azalacağından ehtiyat edir ki, bu da etalon neft markalarının bahalaşmasına gətirib çıxarıb.

İnvestorlar logistika zəncirində mümkün fasilələr və Venesueladan ixracın məcburi şəkildə dayandırılması nəticəsində dünya bazarında ağır neft növlərinin çatışmazlığı risklərini qiymətlərə daxil edirlər.

Belə ki, Brent markalı neftin fyuçerslərinin qiyməti 62,48 dollaradək yüksəlib. Paralel olaraq, ABŞ-ın WTI markalı yüngül nefti 58,79 dollar səviyyəsinə qədər bahalaşıb.