“Barselona”nın heyətində itki baş verib

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Barselona” klubunun heyətində itki baş verib.

Trend xəbər verir ki, La Liqa
nəhənginin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb. Bu barədə
klubun mətbuat xidməti məlumat yayıb.




Danimarkalı futbolçu komandanın məşqi zamanı dizindən zədə alıb.
29 yaşlı mərkəz müdafiəçisi bir neçə ay yaşıl meydanlardan uzaq
qalacaq.

Qeyd edək ki, Andreas Kristensen2022-ci ilin yayından “Barselona”da çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm
Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda
1 qol vurub.