Bakı. Trend:
“Yuventus” “Latsio”nun yunan qapıçısı Xristos Mandasla
maraqlanır.
Trend xəbər verir ki, “Latsio” ehtiyat qapıçısını 15 milyon avrodan yuxarı məbləğə,
üstəgəl bonuslarla qiymətləndirir. “Yuventus” Mandasa Mattia Perin
ətrafındakı vəziyyət fonunda maraq göstərib. Turin klubunun ehtiyat
qapıçısı “Cenoa”ya qayıtmaq istəyir.
Qeyd edək ki, “Yuventus” Perini yalnız ona əvəzləyici tapacağı
halda buraxmağa hazırdır.

