Rusiya Japarov, Rəhman və Mirziyayevə mükafat verəcək

Baş səhifə

Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman və Özbəkistan Prezidenti Şövkət Mirziyayevə Sankt-Peterburqda Beynəlxalq Sülh Mükafatı təqdim olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu gün çox vacib bir tədbir var. Üç prezidentə – Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə Tolstoy Sülh mükafatı veriləcək”, – Peskov bildirib.