Fernando Muslera “Estudiantes”lə növbəti titullarını qazanıb

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera yeni komandası
– Argentinanın “Estudiantes” klubunda növbəti uğuruna imza
atıb.

Trend-in
məlumatına görə, təcrübəli qapıçı son bir həftə ərzində iki fərqli
turnirdə kubok qazanaraq karyerasına daha bir titul əlavə edib.




“Estudiantes” Argentina Çempionlar Kubokunun finalında
“Platense” ilə qarşılaşıb. Görüş Musleranın komandasının 2:1
hesablı qələbəsi ilə yekunlaşıb və kubok “Estudiantes”in muzeyinə
aparılıb.

Qeyd edək ki, “Estudiantes” bir həftə əvvəl, dekabrın 14-də
Argentina Liqasının 2-ci mərhələsinin finalında “Rasinq Klub”u
məğlub edərək çempion olmuşdu.