
Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.
Metbuat.az xəbər verir ki, “Pumas” klubu 29 yaşlı hücumçunun transferini rəsmən açıqlayıb.
Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, 2023-cü ildən “Qarabağ”ın formasını geyinən Olavio Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi “Flamenqo”ya keçmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


