Ərdoğan Türkiyənin müdafiə sənayesində hədəflərini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin müdafiə sənayesi sahəsində 2028-ci il üçün qarşıya
qoyduğu əsas məqsəd 11 milyard dollar həcmində ixrac həyata
keçirərək dünyanın ilk 10 ölkəsi sırasında yer almaqdır.

Trend-in
məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
İstanbul Gəmiqayırma Zavodu Komandanlığında dəniz platformalarının
istismara verilməsi mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə eyni zamanda öz döyüş gəmisini
layihələndirən, modernləşdirən və suya buraxan dünyadakı 10
dövlətdən biri hesab olunur.




Türkiyə prezidenti bildirib ki, “TCG Anadolu” amfibiya
gəmisindən daha iri, uzunluğu 300 metr olan aviadaşıyıcı gəminin
tikintisinə artıq start verilib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə müdafiə sənayesi üzrə
həyata keçirdiyi layihələrdə yalnız məhsulların
təkmilləşdirilməsinə deyil, həm də ekosistemin formalaşdırılmasına,
insan kapitalının inkişafına və texnologiya istehsalı imkanlarının
genişləndirilməsinə xüsusi önəm verir.