İsrail İrana qarşı yeni hücum planları barədə ABŞ-yi məlumatlandırmaq istəyir

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald
Trampı İrana qarşı mümkün yeni hücumlar barədə məlumatlandırmağı
planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “NBC News” televiziya kanalı
planlarla birbaşa tanış olan mənbəyə, eləcə də dörd keçmiş ABŞ
rəsmisinə istinadən xəbər verib.




Bildirilib ki, İsrail tərəfi hesab edir ki, Tehran ballistik
raket proqramını genişləndirir və D.Trampla qarşıdan gələn görüşdə
öz arqumentlərini təqdim etməyə hazırlaşır. Mənbələr iddia edirlər
ki, İranın ballistik raket istehsalı ayda 3000-ə qədər arta
bilər.

Onların sözlərinə görə, İsrailin həmçinin İranın ABŞ-nin iyun
ayında zərbə endirdiyi uran zənginləşdirmə müəssisələrini yenidən
qurmasından narahatdır.