İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb

Baş səhifə
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın İstanbulda HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin mətbuatı məlumat yayıb.

Görüşdə İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və Qəzza zolağındakı vəziyyət müzakirə edilib. HƏMAS-ın üzvləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisinə bəzi gərginliklər barədə məlumat veriblər.

Görüşdə Qəzza üzrə Sülh Planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması və problemlərin aradan qaldırılması ilə bağlı məsləhətləşmələr aparılıb.

Türkiyənin Qəzzaya humanitar yardım göndərməsi də qeyd olunan müzakirələrdə Fələstin dövlətinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, görüşdə iştirak edən hər iki heyət İsrail ilə Fələstin arasında sülhün yalnız bu halda mümkünlüyünə inanırlar.