
Korrupsiya cinayətində ittiham olunan Pakistanın sabiq Baş Naziri İmran Xan və həyat yoldaşı Buşra Bibiyə 17 il həbs cəzası verilib.
APA “Al Arabiyya”ya istinadən xəbər verir ki, bu barədə İmran Xanın vəkili məlumat verib.
O bildirib ki, sabiq nazir elan olunmuş ittihamda özünü təqsirli bilməyib və partiyası həbsin siyasi motivli olduğunu bildirib.
Məhkəmədən verilən məlumata görə, hər ikisinə Pakistanın Cinayət Məcəlləsinin etibardan sui-istifadə maddəsinə görə 10 il, qanunlarına əsasən isə daha 7 il həbs cəzası təyin edilib və onlara 16,4 milyon rupi cərimə kəsilib.
Cinayət işi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəsmi səfərlər zamanı Xana hədiyyə etdiyi lüks saatlarla bağlıdır.
Prokurorlar bildiriblər ki, Xan və həyat yoldaşı Pakistanın hədiyyə qaydalarını pozaraq dövlətdən çox endirimli qiymətə saatlar alıblar.


