
Bakı. Trend:
Alimlər kosmik obyekt “3I/ATLAS”da eyri-adi enerji sıçrayışı
aşkarlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “3I/ATLAS”ın Yerə maksimal yaxınlaşmasının
hesablanmış anına cəmi 3 saat 20 dəqiqə qalmış Şuman
rezonanslarında 25 Hz tezlikli siqnal qeydə alınıb.
“Onların ulduzlararası obyektin Yerə ən yaxın olduğu anla tam
üst-üstə düşməsi, mənim fikrimcə, adi təsadüf sayıla bilməz ”,-
“All Day Astronomy” nəşrinin astronom eksperti bildirib.
Qeyd edək ki, 19 dekabr tarixində ulduzlararası kometa
“3I/ATLAS” Yerdən 270 milyon kilometr məsafədən keçib və hazırda
ondan uzaqlaşır. Mütəxəssislər “3I/ATLAS”ın meydana çıxmasını
2025-ci il iyulun 1-də müşahidə ediblər və həmin vaxtdan etibarən
onun yaxınlaşmasını diqqətlə izləyiblər. Obyektin əsas xüsusiyyəti
onun Günəş sisteminə kənardan daxil olmasıdır. Bu, müşahidələr
tarixində qeydə alınmış üçüncü ulduzlararası obyektdir.


