2025-ci ildə BTC ilə Türkiyə ərazisindən nəql olunan nefti həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Türkiyə ərazisindən
Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə 189,114 milyon
barrel neft nəql olunub.

Bu barədə Trend
Türkiyənin BOTAŞ şirkətinə istinadla məlumat verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 204,061
milyon barrel təşkil edib. Beləcə daşınmanın həcmi 7,3 faiz
azalıb.

2025-ci ilin noyabr ayında Türkiyə ərazisindən BTC kəməri ilə
16,326 milyon barel neft nəql edilib ki, bu da 2024-cü ilin noyabr
ayı ilə müqayisədə 18,8 faiz azdır (20,116 milyon barel).




Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən,
Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyə ərazisindən
ümumilikdə 224,14 milyon barel neft daşınıb.

BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni
(5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh
(3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).