Avropa Komissiyası Gürcüstanla viza rejiminin ləğvini nəzərdən keçirir

Baş səhifə
Avropa Komissiyası Gürcüstanla viza rejiminin ləğvini nəzərdən keçirir

Rəsmi Tbilisi Avropa İttifaqının (Aİ) tövsiyələrinə məhəl qoymasa, Avropa Komissiyası (AK) Gürcüstanla vizasız rejimi ləğv edə bilər.

“Report”un məlumatına görə, bu, AK-nın 19 dekabrda vizasız rejimin dayandırılması mexanizmi çərçivəsində dərc olunmuş səkkizinci hesabatında əksini tapıb.

Qeyd olunub ki, birinci mərhələdə Gürcüstan hakimiyyəti tərəfindən verilmiş diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejim dayandırılacaq, çünki tövsiyələrin yerinə yetirilməməsinə görə əsas məsuliyyəti onlar daşıyır.

“İkinci mərhələdə əgər gürcü hakimiyyəti aşkar edilmiş problemləri aradan qaldırmasa, vizasız rejimin dayandırılması bütün əhaliyə şamil edilə bilər. Nəticədə Gürcüstan vizasız ölkə statusunu tamamilə itirə bilər”, – sənəddə qeyd olunub.