
Bakı. Trend:
ABŞ-nin Arizona ştatında yerləşən “Luke” Hərbi Hava Qüvvələri
bazasında naməlum bir şəxs tərəfindən atəş açılması faktı qeydə
alınıb.
Trend xəbər verir ki, bu
barədə bazanın rəsmi “Facebook” səhifəsində paylaşılmış açıqlamada
məlumat verilib.
Bildirilib ki, atışma ilə bağlı daxil olan məlumatlar əsasında
“Luke” bazasında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Şəxsi heyətə olduqları yerlərdə qalmaq və təhlükəsiz sığınacaqlara
keçmək göstərişi verilib.
Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması və
atəş açan şəxsin şəxsiyyəti ilə bağlı hər hansı məlumat
açıqlanmayıb.


