Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İranda tapılıb

Baş səhifə
Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapılıb

Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aid olduğu ehtimal edilir.

Əldə olunan məlumata görə meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında isə balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılmışdı.

MƏLUMAT YENİLƏNİR