Azərbaycanda aqrar sahədə mütəxəssis çatışmazlığı var, buna görə xaricdən dəvət olunur

Baş səhifə

Azərbaycana xaricdən aqrar sahədə mütəxəssislərin dəvət edilməsinin səbəbi açıqlanıb.

APA xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda təşkil etdiyi ictimai dinləmədə bildirib ki, Azərbaycanda aqrar sahədə mütəxəssis çatışmazlığı var.

Nazir müavini deyib ki, Azərbaycana xaricdən belə mütəxəssislərin gəlməsinin də əsas səbəbi budur: “Aqrar sahədə mütəxəssis çatışmazlığının yaranması isə uzun illər ərzində bu sahədə təhsil almağa üz tutanların sayının az olması və olan kadrların da yaşlanmasıdır. Belə çatışmazılıq isə ali təhsilin müddətini nəzərə alsaq, 1 ilə qapana bilmir. Yəni, dörd illik ali təhsilə çoxlu tələbə gəlməlidir ki, o çatışmazılıq aradan qaldırılsın. Bu da qeyri-mümkündür. Bu səbəbdən xaricdən mütəxəssis sifarişinə ehtiyac yaranır”.