
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan 590 milyon
ABŞ dolları dəyərində 1,3 milyon ton bitumlu süxurlardan alınmış
xam neft və xam neft məhsulları idxal edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 187,3 milyon ABŞ dolları və ya 24,1%, həcm baxımından
isə 148,4 min ton və ya 10,5% azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycan 3 ölkədən – Rusiya,
Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon
ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları
idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%, həcm baxımından
219 min ton və yaxud 13,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7
milyon ton xam neft və neft məhsulları ixrac edilib.


