KNDS “Leopard 2A8” tankları üçün 150 gövdənin istehsalı üzrə müqavilə imzalayacaq

Baş səhifə

Bakı. Trend:

Əsas ofislərindən biri Münhendə yerləşən Avropa silah holdinqi
KNDS Çexiyanın Czechoslovak Group (CSG) şirkətinə məxsus “Tatra
Defence Vehicle” ilə “Leopard 2A8” tankları üçün 150 gövdənin
istehsalını nəzərdə tutan müqavilə imzalayacaq.

Trend xəbər verir
ki, bu barədə KNDS-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, KNDS “Holding Tatra Defence Vehicle”
ilə 150 ədəd “Leopard 2A8” tank gövdəsinin istehsalı üçün müqavilə
bağlayacaq və sifarişin həcmi 300 gövdəyədək artırıla bilər.




Müqavilənin dəyərinin yüz milyonlarla avro olduğu bildirilir.
Layihənin icrası “Tatra Defence” şirkətinin iki yeni istehsal
müəssisəsi ilə genişlənməsinə və təxminən 300 yeni iş yerinin
yaradılmasına imkan verəcək.

Qeyd olunur ki, istehsal ediləcək “Leopard 2A8” tankları, digər
ölkələrlə yanaşı, Çexiya Ordusu tərəfindən də istifadə
olunacaq.