Çin humanoid robotlardan istifadə etməyə başlayıb

Baş səhifə

Bakı. Trend:

Dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri üçün batareya
istehsalçısı olan Contemporary Amperex Technology (CATL) istehsal
xətlərinə humanoid robotlar təqdim etməyə başlayıb.

Trend xəbər verir
ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.




Şirkətin açıqlamasına görə, Spirit AI tərəfindən hazırlanmış
Xiaomo robotları montaj xəttində yüksək gərginlikli batareya
konnektorlarının birləşdirilməsini həyata keçirir. Bu mərhələ
zavodda ən təhlükəli proseslərdən biri hesab olunur. CATL bildirir
ki, robotların tətbiqi nəticəsində hər növbə ərzində yığılan
batareyaların sayı üç dəfə artıb.

Qeyd olunur ki, Çində humanoid robotların inkişafına maraq və bu
sahəyə yatırılan investisiyalar sürətlə artır. SCMP-nin daha əvvəl
yazdığına görə, ölkədə robototexnikanın inkişafı işçi qüvvəsi
çatışmazlığının aradan qaldırılmasına və istehsal imkanlarının
genişləndirilməsinə mühüm töhfə verir. Təkcə ötən il Çin
zavodlarında təxminən 295 min sənaye robotu quraşdırılıb.