
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası
narkotik kartelləri ilə əlaqəli hədəflərə Venesuelada mümkün
yerüstü zərbələr üçün Konqresdən icazə istəməməlidir.
Trend xəbər verir
ki, Amerika lideri bu barədə Ağ Evdə açıqlama verib.
Tramp deyib: “Mən onlara deməli deyiləm. Bu sübut olunub. Sadəcə
ümid edirəm ki, onların sonunda heç bir sızma olmayacaq”. O,
amerikalı qanunvericilərin ABŞ-nin Venesuela ilə bağlı planları
barədə məlumatı jurnalistlərə açıqlaması ehtimalına toxunub və
siyasətçilərin bu cür hərəkətlərə meylli olduğunu etiraf edib.
ABŞ Prezidenti əvvəllər də dəfələrlə bəyan edib ki, Vaşinqton
Venesuela da daxil olmaqla Latın Amerikasındakı narkotik
kartellərinin quru hədəflərinə zərbələr endirməyi planlaşdırır və
regionda narkotik ticarəti marşrutları haqqında geniş məlumatlara
malikdir.

