“ChatGPT” artıq interaktiv tətbiqlər və “Apple Music” inteqrasiyasını dəstəkləyir

Baş səhifə

Bakı. Trend:

“OpenAI” şirkəti “ChatGPT”ni “hər şey üçün tək tətbiq”ə çevirmək
istiqamətində yeni addım atıb.

Trend-in
TheVerge.com-a istinadən verdiyi məlumata görə, şirkət daxili
tətbiqlər kataloqunu istifadəyə verib.

Bu kataloq istifadəçilərə mövcud servislərə baxmaq və onları
birbaşa “ChatGPT” interfeysinə qoşmaq imkanı verir. Tərtibatçılar
isə çatbot daxilində işləyən interaktiv tətbiqlər yaratmaq üçün SDK
əldə ediblər.




Bundan başqa, “ChatGPT”yə “Apple Music” inteqrasiya olunub.
Xidmət musiqi striminqini təmin etməsə də, istifadəçilərə
mahnıları, albomları və ifaçıları axtarmağa, adi mətn sorğusu ilə
pleylist yaratmağa və redaktə etməyə imkan verir. İstifadəçi
tematik musiqi siyahısı tərtib edə, təsvirə əsasən mahnı tapa və ya
serial və film pleylistlərini bərpa edə bilər. Bot bütün mahnıları
avtomatik olaraq istifadəçinin kitabxanasına əlavə edəcək.

Qoşulan tətbiqlər aktiv olduqda “ChatGPT”nin saxlanılmış
yaddaşından istifadə edə bilər. Eyni zamanda, istifadəçi
məlumatları xidmətin təkmilləşdirilməsi seçimi aktiv olduqda
modellərin öyrədilməsində iştirak etməyə davam edəcək.