
Bakı. Trend:
Türkiyə Kubokunda qrup mərhələsinin oyunları çərçivəsində
“Qalatasaray” və “Başakşəhər” komandaları arasında qarşılaşma
keçirilib.
Trend xəbər verir
ki, A qrupunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı
qələbəsi ilə yekunlaşıb — 1:0.
Matçda yeganə qol 22-ci dəqiqədə Ahmet Kutucu tərəfindən
vurulub.
Bu nəticə ilə “Qalatasaray” Türkiyə Kubokunda çıxışına üç xalla
başlayıb.

