Bakıda “Birlikdə 5 il” Könüllülər Festivalı keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan
Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”, ICESCO
və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan
Könüllülük Həftəsi” çərçivəsində “Birlikdə 5 il” Könüllülər
Festivalı təşkil olunub.

Trend xəbər verir
ki, festivalda 3 minə yaxın Azərbaycan könüllüsü iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Könüllü Təşkilatları
İttifaqının sədri Vüqar Əliyev ölkədə könüllülük hərəkatının
inkişafından, gənclərin ictimai fəallığının artırılmasında
könüllülərin rolundan danışıb. O, dövlət qurumları və tərəfdaş
təşkilatların dəstəyi ilə həyata keçirilən layihələrin könüllülük
mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.




Tədbir çərçivəsində il ərzində fərqlənən fəal könüllülər təltif
olunublar. Onlara fəxri diplomlar və xatirə hədiyyələri təqdim
edilib.

Sonra könüllülər üçün musiqi proqramları, interaktiv
fəaliyyətlər təşkil olunub.