
Premyer Liqanın I turdan təxirə salınmış oyunda “Sabah” ölkə çempionu “Qarabağ”la qarşılaşıb.
Metbuat.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels “bayquşlar”ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.
Qeyd edək ki, “Sabah” 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik “Qarabağ” ikincidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

