“Sabah” “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında 1-ci turdan təxirə salınmış
“Sabah” – “Qarabağ” oyunu keçirilib.

Trend xəbər verir
ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşmada meydan
sahibləri 2:1 hesablı qələbə qazanıb.




Bu nəticədən sonra “Sabah” 34 xalla turnir cədvəlinin ilk
pilləsinə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci yerdə
qərarlaşıb.