​Gələn ildən pensiya yaşı artırılır

Baş səhifə

Gələn ildən qadınların pensiya yaşı artırılır.

Metbuat.az-ın məlumatına görə, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılacaq.

Qanunvericiliyə əsasən, həmin tarixdən qadınların pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq. Bu artım prosesin sonuncu mərhələsi hesab olunur və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılıb.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.