
Bakı. Trend:
Argentina ilə İspaniya arasında keçiriləcək “Finalisssima”
oyununun məkanı və vaxtı açıqlanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma gələn il
martın 27-də Qətərin paytaxtı Dohada keçiriləcək. Bu barədə hər iki
ölkənin futbol federasiyasının mətbuat xidməti mətbuat xidməti
məlumat yayıb.
Qeyd edək ki, “Finalisssima” Cənubi Amerika ilə Avropa çempionu
arasında təşkil olunur.

