Yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana ixrac olunan neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Gürcüstana
1,586 milyon ABŞ dolları dəyərində 3,838 min ton bitumlu
süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac
edilib.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox neft ixrac etdiyi
ölkələr sırasında 21-ci yeri tutub.




Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə
alınıb.