
Qubada sərnişin avtobusu piyadaları vurub, ölən və xəsarət alan var.
“Report”un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyada 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub.
O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı qadının yanında olan azyaşlı övladı da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

