AQTA Yeni il qutuları ilə bağlı çağırış etdi

Baş səhifə

Bakı.Trend:

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız
mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən
alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix
içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona
görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına
diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal
tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida
dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və
oxunaqlı şəkildə göstərilməlidir.

Trend xəbər
verir ki, bu barədə Yeni il hədiyyə qutularının satışının artması
ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara
müraciətində qeyd olunub.

Bildirilir ki, sadalananlarla yanaşı, hədiyyə qutularının
qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və
korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb
edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan
yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların
bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil.




Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti,
saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı
təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat
versinlər.

Maarifləndirici məlumat üçün linkə keçid edə bilərsiniz:
https://youtube.com/shorts/Zv0Gvvy0HGg?feature=share