231 gün sonra məğlub oldular

Baş səhifə

Türkiyənin “Trabzonspor” klubu 231 gün sonra doğma meydanda məğlub olub. Öz “evində” “Antalyaspor”a uduzan bordo-mavililər 11 matçdan sonra məğlubiyyətin acısını dadıblar.

Metbuat.az xəbər verir ki, Türkiyə Kuboku çərçivəsində meydana çıxan “Trabzonspor” gözləntilərin əksinə olaraq azarkeşlərini sevindirə bilməyib.

Fatih Təkkənin yetirmələri sonuncu dəfə ötən mövsüm öz meydanında “Qalatasaray”a boyun əymişdi.

Qeyd edək ki, “Trabzonspor” hazırda Türkiyə çempionatında 35 xalla üçüncü sırada qərarlaşıb. Lider “Qalatasaray”ın isə 39 xalı var. Çempionatda ilk dövrənin başa çatmasına 2 matç qalır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.