
Bakıda 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Kamil Habilli və Fərid Calalovun cinayət işi üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 7 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Dövlət ittihamçısı ötən prosesdə təqsirləndirilənlərin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Kamil Habilli və Fərid Cəlalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb. İttihama görə, onlar özlərini “Kasko sığorta” şirkətinin əməkdaşı kimi təqdim edərək avtomobil satmaq adı ilə 14 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər.

