Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan
Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan
məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük
göndərişi davam edir.

Trend-in
məlumatına görə, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün
Ermənistana tədarükü həyata keçirilib.




Belə ki, 22 vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil
yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik
stansiyası istiqamətində yola salınıb.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.