AAİB Azərbaycanın banka üzlük prosesinin gələn ildən başlayacağına ümid edir (ÖZƏL)

Baş səhifə

Almatı. Trend:

Azərbaycanın Avrasiya İnkişaf Bankına (AAİB) üzvlüyü prosesinə
2026-cı ildə başlanılacağına ümid edirəm.

Bunu Trend-in
xüsusi müxbirinə bu gün Almatıda 2025-ci ilin yekunlarına dair
keçirilən mətbuat konfransı çərçivəsində AAİB idarə heyətinin sədri
Nikolay Podquzov deyib.

Podquzov qeyd edib ki, müddətləri dəqiqliklə söyləmək etmək
mümkün deyil, hərçənd, Azərbaycanın banka qoşulmasına tam dəstək
mövcuddur. Onun sözlərinə görə, bu prosesin nə qədər vaxt
çəkəcəyini proqnozlaşdırmaq çətindir.

Buna misal olaraq o, Özbəkistanı göstərib: qərar 2025-ci ildə
yekunlaşdırılsa da, prosesin özü 2021-ci ilin sonlarında başlayıb
və faktiki olaraq təxminən üç il davam edib.




O 2025-ci ildə AAİB nümayəndə heyətinin Azərbaycana səfərinin
baş tutduğunu və səfər çərçivəsində iqtisadiyyat və maliyyə
nazirliklərinin nümayəndələri ilə görüşlərin keçirildiyini
xatırladıb.

“Düşünürəm ki, Azərbaycanın banka potensial qoşulma planı
dəstəklənib. Görünən odur ki, bunun üçün Azərbaycanda müəyyən
bürokratik qərarların qəbulu tələb olunur və biz səbrlə aidiyyəti
strukturlardan belə qərarları gözləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,
onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya
fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış
çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və
Özbəkistan.