Bakı. Trend:
ABŞ-nin Maliyyə Nazirliyi Meksikanın “Santa Rosa de Lima”
karteli və ona bağlı şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Məlumata görə, sanksiyaların tətbiqinə səbəb bu mütəşəkkil
cinayətkar qrupun iri həcmli neft və yanacaq oğurluqlarında
iştirakıdır.
“Bu kartel enerji daşıyıcılarının trans-sərhəd qara bazarının
inkişafına vəsilə olur və qanunlara riayət edən ABŞ neft-qaz
şirkətlərinə ziyan vurur,” – nazirliyin məlumatında bildirilir.
ABŞ Maliyyə Naziri Skott Bessent vurğulayıb ki, nazirlik
cinayətkar kartellərin maliyyə cəhətdən təcrid olunması üzərində
işini davam etdirəcək və qanunsuz gəlirlərin yuyulmasına qarşı
mübarizə aparacaq.
“Kartellər harada və necə pul qazanıb yuyursa yusun , biz onları
tapacağıq və buna son qoyacağıq”, – deyə Bessent qeyd edib.

