Gələn il Bakı Limanında 110 min TEU-dan çox yük aşırılacağı planlaşdırılır

Baş səhifə
Gələn il Bakı Limanında 110 min TEU-dan çox yük aşırılacağı planlaşdırılır

Gələn il Bakı Beynəlxalq Dəniz Limanında 110 min TEU-dan çox yük aşırılacağı planlaşdırılır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Limanın direktoru Eldar Salahov bildirib.

“Dünyada yükdaşıma sürətlə konteynerləşməyə doğru gedir. Bakı Limanı da bu trendə uyğun olaraq öz gücünü artırır. İkinci faza isə bizə illik 25 milyon ton yük və yarım milyon konteyner aşırılması imkanı verəcək. Hazırda layihələndirmə işləri davam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq”, – deyə o qeyd edib.