
Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Limanında bu ilin sonuna qədər ümumi
yükaşırma göstəricisinin 8 milyon tona çatacağı gözlənilir.
Trend xəbər
verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar
Salahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cari ilin sonuna qədər ümumi yükaşırma
göstəricisinin 8 milyon tona çatacağını gözlənilir:
“Gələcək illər üçün hədəflərimiz daha böyükdür. Limanın texniki
potensialı, maddi-texniki bazası və peşəkar heyəti daha yüksək
nailiyyətlər əldə etməyə imkan verir. Ötən il konteyner aşırılması
76 min TEU ətrafında idisə, bu il bu rəqəmin 100 mini keçərək
104-105 min TEU-ya çatması gözlənilir. Bu, ötən illə müqayisədə
təxminən 40 % artım deməkdir”.


