Bu gün Bakı Beynəlxalq Dəniz Limanı (Ələt limanı) tarixində ilk dəfə olaraq 100 000-ci TEU ekvivalentində konteyneri aşırıb.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Limanın direktoru Eldar Salahov bildirib.
Onun sözlərinə görə, hazırda limanın illik yükaşırma qabiliyyəti 150 000 TEU-dur: “Bu göstəricinin illik 260 000 TEU-ya çatdırılması planlaşdırılır”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

