Qusar rayonunda qətl hadiəsis baş verib.
APA-nın xəbərinə görə, hadisə dekabrın 16-da səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində baş verib.
Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

