Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində mühüm irəliləyişlər əldə olunub – Vladanka Andreyeva

Baş səhifə

Bakı. Trend:
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya
və 2030-cu il Davamlı İnkişaf Gündəliyi əsasında mühüm
irəliləyişlər əldə olunub.

Trend xəbər
verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi
Vladanka Andreyeva bu gün Bakıda BMT-nin Azərbaycandakı
nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada
İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı
zamanı bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl Dohada keçirilmiş
Sosial İnkişaf Sammitində də vurğulandı ki, sosial tərəqqi yalnız
cəmiyyətin bütün təbəqələri, yəni hər kəs tam şəkildə cəlb olunduğu
zaman mümkündür:




“Bu il BMT-nin Baş katibi əlillik üzrə sistem miqyasında altıncı
hesabatını təqdim edib. Həmin hesabat son altı ildə birgə
gördüyümüz işləri əks etdirir, 2019–2024-cü illər ərzində əldə
olunmuş irəliləyişləri önə çıxarır və eyni zamanda gələcək
fəaliyyət üçün daha yüksək hədəflər müəyyənləşdirir. Azərbaycanda
əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və 2030-cu il
üzrə Davamlı İnkişaf Gündəliyi əsasında mühüm nailiyyətlər əldə
olunub. Nazir də qeyd etdiyi kimi, xüsusilə Dayanıqlı İnkişaf
Məqsədlərindən 10-cu (SDG 10) və 16-cı (SDG 16) məqsədlərə diqqət
yetirilir. Əldə olunan irəliləyişlər qürurverici olsa da, əlilliklə
bağlı məsələlərin media vasitəsilə işıqlandırılması və təqdimatı
sahəsində hələ də müəyyən çətinliklər mövcuddur”.