Bakı. Trend:
Türkiyədə İstanbul şəhər baş prokurorluğu tərəfindən
narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaqla əlaqədar 7
nəfər saxlanılıb
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Saxlanılanlar arasında müğənni Aleyna Tilki, sosial şəbəkə
fenomeni Danla Bilic və Aktrisa İrem Sak yer alır.
Ünvanlarında tapılmayan Cihan Şensözlü, Melisa Döngel və Yusuf
Güney barəsində isə axtarış elan edilib.
Xatırladaq ki, istintaq çərçivəsində bundan əvvəl 8 oktyabrda da
irimiqyaslı əməliyyat keçirilmişdi. Həmin vaxt sosial şəbəkə
fenomenləri Dilan Polat və Engin Polat, müğənni İrəm Derici, aktyor
Kubilay Aka, aktyor Kaan Yıldırım, müğənni Hadisə Açıkgöz, aktrisa
Berrak Tüzünataç, sosial media fenomeni Duyğu Özaslan Mutaf,
aktrisa Demet Evgar Babataş aktrisa Zeynep Meriç Aral Keskin,
aktrisa Özge Özpirinçci, aktyor Mert Yazıcıoğlu, vəkil Feyza Altun,
aparıcı Defne Samyeli’nin qızları Derin Talu və Deren Talu, müğənni
Ziynet Sali, aktrisa Birce Akalay, teatr aktyoru Metin Akdülger və
aktrisa Ceren Moray Orcan saxlanılmışdı.

