Salyanda baş verən qəzada ölən və yaralanan var – YENİLƏNİB – VİDEO

Baş səhifə

Salyan şəhərinin girişində Kür çayının üzərində keçən köhnə körpüdə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Priora” markalı avtomobil “PAZ” markalı avtomobillə toqquşub.

Nəticədə “Priora”nın sürücüsü, Neftçala rayonunun Xıllı kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

09:04

Salyanda baş verən qəzada ölən və yaralanan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərinin girişində baş verib.

Avtomobillərin toqquşması nəticsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirlib.

Hadisə yerinə FHN xilasedciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.