
Bakı.Trend:
Qubada piyada ölümü ilə nəticələnən qəza baş verib.
Trend-in
məlumatına görə, hadisə dekabrın 17-si saat 23 radələrində qeydə
alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Quba rayonu İkinci Nügədi kənd
sakini Ömərov Murad Elşən oğlu idarə etdiyi avtomobillə kənddə
hərəkətdə olan zaman yolun kənarında olan 1976-cı il təvəllüdlü
piyada Əliyev Saleh Hacıəli oğlunu vuraraq ölümünə səbəb olan
yol-nəqliyyat hadisəsi törədib.
Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində CM-nin 263.2-ci
maddəsi ilə cinayət işi başlanılıb.


