Tailandın Kamboca ilə sərhəddə toqquşmalarda ölən hərbçilərinin sayı 21-ə çatıb

Baş səhifə
Tailandın Kamboca ilə sərhəddə toqquşmalarda ölən hərbçilərinin sayı 21-ə çatıb

Tailandın Kamboca ilə sərhəd münaqişəsində həlak olan hərbçilərinin sayı 19-dan 21 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə Tailand Krallığının Quru Qüvvələri xəbər verib.

Məlumata görə, 17 dekabrda Sisaket və Sakeu əyalətlərində gedən döyüşlər zamanı iki hərbi qulluqçu həlak olub.

Atıcı silahlardan istifadə ilə toqquşmalar 7 dekabrda başlayıb. Dekabrın 8-də Tailand Ordusu Kamboca qoşunlarının sərhəd bölgəsindəki mövqelərinə artilleriya atəşi açdığını bildirib. Buna cavab olaraq Tailandın Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edib.

Kamboca qoşunlarının itki sayı barədə məlumat verməyib, lakin Tailandın məlumatına görə, qarşıdurmalarda Kambocanın 200-dən çox hərbçisi ölüb. Kambocanın informasiya naziri Net Pheaktra 15 mülki şəxsin öldüyünü bildirib.